İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayağına balta dəyən qadının vəziyyəti necədir? - Klinika açıqladı

992 24.07.2024 14:25 Gündəm A A

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən klinikaların birində mühafizəçi ilə dava edib. Müğənninin həmin an atdığı balta klinikada işləyən qadının ayağını yaralayıb.

Yaralanan Nəzakət Paşayevanın səhhəti ilə bağlı son durumu öyrənmək məqsədilə Konkret.az həmin klinika ilə əlaqə saxlayıb.

Klinikanın hüquqşünası Xeyransa Babayeva bildirib ki, N. Paşayeva evində müalicə alır:

"Səhhəti normaldır. Həkimlərin dediyinə görə, onun səhhəti 1 həftə ərzində normala dönməlidir. Ayağından xəsarət aldığı üçün yeriməsində çətinlik yaşayır, axsayır. Xəstəxanada deyil, müalicəsi ev şəraitində davam etdirilir. Aldığı xəsarət ağır deyil".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR