İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Emre Belözoğlunu cəzalandırıb

700 01.09.2022 14:35 İdman A A

UEFA Türkiyənin "Başakşehir" komandasının baş məşqçisi Emre Belözoğlunu cəzalandırıb.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, buna 42 yaşlı mütəxəssisin İsrailin "Makkabi" (Netanya) komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Pro lisenziyası olmadığı halda, texniki zonada yer alması səbəb olub.

UEFA Belözoğlunu lisenziyası olanadək avrokubok matçlarından iştirakdan uzaqlaşdırıb.

İstanbul təmsilçisi bu səbəbdən, 10 milyon avro cərimələnib. Avropa futbol qurumu İsraildəki cavab görüşünün gec başlaması ucbatından da "Başakşehir"ə eyni məbləğdə cəza kəsib.

Qeyd edək ki, Türkiyədə rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Başakşehir" İsraildə minimal hesablı qələbə qazanıb və qrup mərhələsinə yüksəlib. A qrupunda yer alan komandanın rəqibləri "Fiorentina" (İtaliya), "Harts" (Şotlandiya) və RFŞ (Latviya) olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR