İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Çempionlar Liqası finalı ətrafında baş verənlərlə bağlı açıqlama yayıb

996 31.05.2022 03:44 İdman A A

UEFA Çempionlar Liqasının mayın 28-də keçirilən “Liverpul” – “Real” (0:1) final oyununda baş verənlərlə bağlı açıqlama yayıb.

Təşkilat matç ətrafında baş verənlərlə əlaqədar müstəqil araşdırma tələb etdiyini bildirib.

Araşdırma bir hissəsi olaraq, finalda iştirak edən bütün tərəflərin qərar vermə prosesləri, məsuliyyətləri və davranışları müəyyən olunacaq. Hesabatın hazırlanmasına Portuqaliya parlamentinin üzvü, doktor Brandao Rodriqes rəhbərlik edəcək. Hesabatın müstəqilliyini təmin etmək üçün o, bu işi təmənnasız görəcək.

“Bütün aidiyyəti tərəflərdən dəlillər toplanacaq və müstəqil hesabatın nəticələri yekunlaşdıqdan sonra ictimaiyyətə açıqlanacaq. Nəticələr əldə olunduqdan sonra UEFA növbəti addımlar barədə qərar verəcək”, - məlumatda bildirilib.

Xatırladaq ki, oyun başlamazdan əvvəl minlərlə azarkeş saxta biletlərlə stadiondakı turniketlərin qarşısını kəsib. Bu səbəbdən görüşün başlaması 35 dəqiqə gecikib. Matçın başlamasından sonra stadiona gələn azarkeşlərin sayı artmaqda davam edib. Polis onları gözyaşardıcı qazla dağıdıb və stadiondan sıxışdırıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR