İnsanlara hürriyət, millətlərə istiqlal!

Uçuş zamanı təhlükəsizlik kəmərlərinin açılması yasaqlana bilər

489 03.06.2024 14:32 Dünya A A

Böyük aviaşirkətlər təhlükəsizlik qaydalarını sərtləşdirə bilər və sərnişinlər uçuş boyu təhlükəsizlik kəməri taxmalı olacaqlar.

Musavat.com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Səyahət eksperti Pol Çarlz deyib ki, təqdim olunarsa, bu, iki onillikdə təhlükəsizlik qaydalarına edilən ən əhəmiyyətli dəyişikliklərdən biri olacaq.

“Emirates” aviaşirkətinin prezidenti Tim Klarkın sözlərinə görə, bütün sərnişinlərin uçuşlar boyu təhlükəsizlik kəmərlərini bağlı saxlaması üçün aviaşirkətlər bu addımı atmalı olacaq.

Bu yaxınlarda hava boşluğuna düşən təyyarənin sərnişinləri təhlükəsizlik kəmərlərinin açıq olması səbəbindən göyərtədə sərt şəkildə sağa-sola, yuxarı-aşağı yuvarlanmışdılar, nəticədə 1 nəfər ölmüş, 30-a yaxın sərnişin xəsarət almışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR