İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç qol kralı eyni TAXTDA

651 17.06.2026 16:17 İdman A A

Dünya çempionatı 2026-nın 6-cı günü ilklərlə tarixə keçdi. Gecənin baş tutan oyunlarının əsas qəhrəmanları Argentinanın kapitanı Lionel Messi və Fransa millisinin lideri Kylian Mbappe oldu. Bir tərəfdə rekordları bərabərləşdirən əfsanə, digər tərəfdə isə onu təqib edən yeni nəsil ulduz...

Argentinanın Əlcəzairi 3:0 hesabı ilə məğlub etdiyi oyunda bir həftə sonra 39 yaşı tamam olacaq Messi vurduğu qollarla indiyə qədər Dünya Kubokunda ən çox fərqlənən alman futbolçu Miroslav Klosenin rekordunu yenilədi. Hazırda hər iki canlı əfsanənin 16 qolu var.

Messi! Messi!! Messi!!! - Video

Almanyalı ulduz futbolla vidalaşıb. Messi üçün də vida səhnəsinə çox az qalıb…

Argentinalı eyni zamanda, 6-cı dünya çempionatında oynayan ilk futbolçu oldu və ölkəsinin millisində 200-cü oyununu keçirdi. Bu yaşda hat-trik edən ən yaşlı oyunçu oldu.

Klose ilə Messini qarabaqara izləyən daha bir futbolçu da var, fransız ulduz Kylian Mbappe. O, Fransa-Seneqal oyununda 2 qol vurmaqla yeni rekord müəyyənləşdirdi. Bununla da Dünya Kuboklarında qol sayını 16-ya çatdırdı. Messi ilə birlikdə rekordun şəriki oldu.

Gecənin Norveç-İraq (4-1) oyununda futbol dünyasının hazırkı ulduzlarından sayılan, “Mançester Siti”nin “qol maşını” Erling Haaland dubla imza atmaqla yanaşı, Dünya Çempionatı finallarında ilk qolunu vurdu.

Avstriya-3–1-İordaniya oyununda da bir ilk yaşandı. Belə ki, debütant İordaniya tarixdə ilk qolunu vurdu.


Picture background

Beləliklə bu oyunlardan sonra, hazırda Dünya Kubokları tarixində 16 qolla ən çox fərqlənən futbolçular Messi, Mbappe və Miroslav Klose oldu.

Tarixdə ilk dəfə olaraq, 3 böyük ulduz eyni zirvəni paylaşır. Bir sözlə, mundialda yaşlılarla gənclərin rəqabəti həm də yaşanır və dünya futbolunun iki erasının toqquşmasına şahidlik edilir.

Kim təkbaşına bu rekordu qıracaq və tarixə birinci düşəcək?

Bu sual boşuna yaranmayıb. Çünki, DÇ-2026-nın 6-cı günü göstərdi ki, Messi hələ bitməyib. Ondan 10 yaş kiçik olan Mbappe artıq zirvəyə çatıb. Yaş məsələsinə baxanda fransız hücumçu daha şanslı görünür. 41 yaşlı Ronaldonun da sonuncu dünya çempionatını düşünsək, bu fikirlər daha real görünür.


Picture background

Mbappe və Haalandla Dünya Kuboku yeni “qızıl dövr”ünə daxil olub. Bu gənclərin rəqabəti bəlkə də Ronaldo-Messi rəqabətindən çox-çox uzaqda qaldı, amma futbol azarkeşlərinin gələcəyə ümidlə baxmağına dəyər…

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR