İnsanlara hürriyət, millətlərə istiqlal!

TV Müsavatın oğurlanmış səhifəsinə girməyin! Səbəbi...

839 02.03.2023 14:59 Gündəm A A

Xəbər verdiyimiz kimi, TV Müsavatın youtube hesabı hakerlər tərəfindən ələ keçirilib. Dünən axşam saatlarında edilən kiber hücum nəticəsində kanal ələ keçirilib, adı dəyişdirilib, hesabımızdakı videolar isə silinir.

TV Müsavata qarşı bu kiber hücum hazırda ölkənin kiber təhlükəsizliyinə nəzarət edən qurumlar tərəfindən diqqətlə araşdırılır.

Bu arada isə TV Müsavat öz tamaşaçılarından xahiş edir ki, kanalın youtube hesabına daxil olmasınlar. Orada hazırda adı Free Softs adlanan bir hesab yerləşdirilib. Ora daxil olub, videolara baxmasınlar. Çünki bu halda onlar da bu kiber cinayətkarların hədəfinə çevrilə, informasiya təhlükəsizlikləri risk altına düşə bilər.

Musavat.com bildirir ki, kanal ələ keçirildikdən sonra "TV Musavat" canlı yayınlarını TikTok və Facebook platformaları üzərindən həyata keçirir.

Canlı yayınları və özəl reportajları aşağıdakı linklərə keçid edərək izləyə bilərsiniz:

Facebook: https://www.facebook.com/tvmusavat

TikTok: https://www.tiktok.com/@tvmusavatofficial

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR