İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan polisi məktəblilərin telefonlarında pornoqrafiya axtarır

419 22.12.2023 15:06 Dünya A A

Türkmənistanın Sarıkbal genqışlağının (bir neçə kəndin ərazisi – keçmiş sovetlik) məktəblərinin şagirdləri polis tərəfindən müsadirə olunmuş mobil telefonlarını geri almaq üçün şəhər polis şöbəsinə gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə “Chronicles of Turkmenistan” nəşri məlumat yayıb.

Məktəblilər bildiriblər ki, polislər təhsil müəssisələrinə gəlib reydlər keçirir, yeniyetmələrdən smartfonları yığırlar. Onlar telefonlarda pornoqrafik kliplər və qanunla qadağan olunmuş digər məzmunlar axtarırlar. Belə reydlər mütəmadi olaraq və xəbərdarlıq edilmədən həyata keçirilir.

Qeyd olunur ki, mobil cihazlarda qadağan olunmuş məzmun aşkar edilərsə, valideynlər söhbətə çağırılır. Qanunu pozanlar cərimələnir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR