İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin məşhur xəbər müsabiqəsi bu il Azərbaycanda keçiriləcək - FOTOLAR

2388 20.06.2023 19:55 Müsahibə A A

Bu günlərdə Türkiyə Xəbər Operatorları Dərnəyinin sədri Aytəkin Polatel ölkəmizdə qonaq idi. Biz də fürsət tapıb tanınmış kameramanın Azərbaycana gəliş səbəbini və səfərin gedişatını özündən öyrəndik.

Musavat.com Aytəkin Polatellə müsahibəni təqdim edir:

WhatsApp Image 2023-06-20 at 19.11.33.jpeg (536 KB)

- Bilirik ki, bu, Azərbaycana ilk səfəriniz deyil. Budəfəki gəliş səbəbiniz nədir?

- Türkiyə Xəbər Operatorları Dərnəyi olaraq 26 ildir ki, “Zoom Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi”ni təşkil edirik. Sözügedən layihənin 27-cisini Azərbaycanda, paytaxt Bakıda təşkil etmək və bu çərçivədə televiziya təşkilatları ilə görüşmək və onların bu layihədə dəstəklərini təşkil etmək məqsədilə Azərbaycana gəldik.

- Müsabiqəylə bağlı məlumat verərdiniz. “Zoom” nədir və bu layihəyə qatılan iştirakçılardan gözlənilən peşəkarlıq nədən ibarətdir?

- Müqabiqəmiz dünyada bənzəri olmayan bir layihədir. 26 ildir televiziya xəbər dünyasının “Oscar”ı olaraq bilinir. Hətta ötən il bizim müsabiqəyə 5 ölkədən 82 xəbər nümunəsi təqdim edilib ki, bu da çox böyük göstəricidir. Bu müsabiqəni dünyanın ən qaynar bölgəsində fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatının təşkil etməsi çox dəyərli və önəmli bir məqamdır. 27-ci “Zoom Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi” üçün son tarix 15 avqust 2023-cü ildir. Daha sonra ortaq münsiflər heyəti “Zoom Türkiyə” və “Zoom Azərbaycan” başlığı altında 11 kateqoriya üzrə dərəcəyə girən iş nümunələri müəyyən ediləcək. Mükafatın təqdimat mərasimini Bakıda keçirməyi planlaşdırırıq.

- 26 ildə bu layihə çərçivəsində sizi duyğulandıran və ya düşündürən iş hansı olub?

- 22-ci Zoom mükaflandırılmasında 15 iyul qiyamı görüntüləri Türk millətinin seçilmiş iqtidara sahib çıxaraq meydanlarda göstərdiyi müqaviməti göstərmək baxımından önəmli idi.

- Neçə gün burada oldunuz? Gördüyümüz qədərilə, mətbuatla görüşləriniz həddindən ziyadə çox idi. Bu da təbii ki, sizin layihəyə olan maraq, eləcə də peşə uğurlarınızla bilavasitə əlaqəlidir. Bəs məhsuldar keçən görüşlərdən sonra şəhərimizi gəzmək fürsətiniz oldumu?

- Yarışmanı 3 günlük səfərin və bütün televiziyaların rəhbərləri ilə gərgin görüşün nəticəsi kimi izah etməyə çalışdım. Nəşrlərdə iştirak edərək Türkiyə-Azərbaycan münasibətlərini dəyərləndirdim və bu əlaqələri Şuşa Bəyannaməsi çərçivəsində qiymətləndirmə kimi şansım da oldu. Bakıya bundan öncə 4 dəfə gəlmişəm. Demək olar ki, bütün səfərlərim dar zaman çərçivəsində olduğu üçün gəzmək, şəhəri tanımaq fürsətim olmayıb. Hesab edirəm ki, bu layihə çərçivəsində Bakıya daha çox gəlib, gəzmə fürsəti əldə edəcəm.

durre.jpeg (566 KB)

- Son olaraq iştirakçılara və Azərbaycan xalqına nə demək istərdiniz?

- Azərbaycan və Türkiyə qardaş ölkələrdir, hər iki ölkənin mediası da qardaşdır. Qarabağ zəfərində nümayiş etdirilən şücaət və qəhrəmanlığı dünya ictimaiyyətinə çatdırmaq hər iki ölkənin birgə təşkil edəcəyi layihələrdə daha da yaxşı nəticələr əldə etməyimizə səbəb olacaq. Bu səbəbdən də Azərbaycan mediasının müsabiqəmizdə iştirak etməsi olduqca əhəmiyyətli və dəyərlidir.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR