İnsanlara hürriyət, millətlərə istiqlal!

Baqrat Qalstanyan Kərkiyə getdi və sayıqladı

548 27.07.2024 18:44 Region A A

Ermənistandakı radikalların başçısı arxiyepiskop Baqrat Qalstanyan Dərələyəz (Vayots Dzor) bölgəsinə səfəri zamanı bu gün işğal altındakı Kərki kəndində dayanıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, keşiş kəndə bitişik ərazilərə baxıb.

Bildirib ki, ərazinin təslim olması masaya qoyulub. “Biz Türkiyə-Azərbaycan tandeminin irəli sürdüyü sonsuz ilkin şərtlərlə, o cümlədən Ermənistan Respublikasının Konstitusiyasına dəyişikliklər, danışıqlar prosesində iştirak edən ATƏT-in Minsk qrupunun buraxılması, həmçinin Zəngəzur dəhlizinin təslim edilməsi ilə daim məşğul oluruq. Artıq bəllidir ki, demarkasiya və delimitasiya yoxdur, zorla vətəndən məhrumetmə var”, - deyə keşiş sayıqlayıb.

Arxiyepiskop deyib ki, “Tiqranaşen”in - ermənilər Kərkiyə belə qondarma ad verib - təslim olması fəlakətli nəticələrə səbəb olacaq”.

Keşiş iddia edib ki, Azərbaycan “yeni təcavüzə hazırlaşır” və son bəyanatlar buna misaldır. B.Qalstanyan ABŞ, Fransa və Aİ-yə qarşı Bakının bəyanatları xatırladıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR