İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiya taxılının idxalını QADAĞAN EDİR

257 27.07.2024 18:52 İqtisadiyyat A A

Qazaxıstan Rusiya taxılının idxalını qadağan edəcək.

Musavat.com xəbər verir ki, bu barədə APK News məlumat yayıb.

Qeyd olunub ki, xarici ticarət siyasəti məsələləri üzrə Hökumətlərarası Komitənin iclası keçirilib, iclasda Rusiya taxılının Qazaxıstana idxalına tam qadağa qoyulması məsələsi müzakirə edilib.

Qazaxıstan Taxıl İttifaqından bildirilib ki, iclasda Qazaxıstan Respublikası ərazisinə buğdanın idxalına 6 ay müddətinə müvəqqəti tam qadağa tətbiq edilməsi barədə qərar qəbul edilib. Qadağa 2024-cü ilin avqustundan tətbiq ediləcək.

Planlaşdırılan qadağanın Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrindən sonra tətbiq ediləcəyi gözlənilir.

Taxıl bazarı iştirakçılarından biri bu qərarı şərh edib. Qeyd edib ki, qadağa yerli xammal istehsalçılarını dəstəkləmək üçün tətbiq edilir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR