İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin məşhur qrupu Bakıya gəlir

673 29.03.2022 14:03 Şou-biznes A A

Türkiyənin məşhur qrupu "Duman" Bakının qonağı olacaq.

Musavat.com xəbər verir ki, məşhur rok qrupu 1 may 2022-ci il tarixində Bakı Konqres Mərkəzində heyranlarının qarşısına çıxacaq.

Qeyd edək ki, ən son 2019-cu il Bakıda 3000-dən çox pərəstişkarına musiqi dolu saatlar yaşadan "Duman" "Event Office" və "Atlantis"in təşkilatçılığı ilə ölkəmizə gəlir. Cem Adrian, Ceza, Hasan Can Kaya kimi bir çox məşhurları Azərbaycana gətirən “Event Ofice” 2022-ci ildə Türkiyənin hələ bir çox məşhurlarının da Bakıda konsertlərini reallaşdıracaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR