İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin KAAN qırıcısı sabah Ankarada havaya qalxacaq

1675 15.01.2024 21:51 Dünya A A

Türkiyənin beşinci nəsil KAAN qırıcısının prototipinin ilk uçuşu sabah Ankarada baş tutacaq. 

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Türkiyənin müdafiə sənayesi sahəsində ən iddialı layihələrindən olan Türkiyənin Milli Döyüş Təyyarəsi KAAN qısa müddətdə səmaya qalxacaq. KAAN ejeksiyon oturacağını, statik sınaqları, idarəetmə səthi testlərini, eniş mexanizmlərinin düşmə testlərini, avionik sistem testlərini və yanacaq testlərini, ardından mühərriki işə salma testlərini müvəffəqiyyətlə tamamladı. KAAN-ın Ankaranın Mürted Hava Bazasından ilk uçuş sınağını çox qısa müddətdə həyata keçirəcəyi gözlənilir. Milyonlarla vətəndaşın diqqəti yerli döyüş təyyarəsi KAAN-ın ilk uçuşuna yönəlib.

"Turkish Aerospace Industries" tərəfindən hazırlanmış KAAN 5-ci nəsil döyüş təyyarələri kateqoriyasındadır. O, yerli döyüş təyyarəsinin pilotsuz döyüş təyyarələri və pilotsuz uçuş aparatları kimi platformalarla eyni vaxtda fəaliyyət göstərə bilməsi üçün nəzərdə tutulub. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR