İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəni vuran zəlzələ ilə Ərdoğanı vuranlar ... NƏLƏR GÖZLƏNİR? 2 deputat, 1 başqan, 1 general DƏRİN TƏHLİLDƏ

1571 10.02.2023 19:35 Gündəm A A


Türkiyədə zəlzələ qurbanlarının sayı 20 minə yaxınlaşır. Ölü sayı artdıqca ölkədə insanlar arasındakı gərginliklə yanaşı, siyasi cameədə də müzakirələr artır. Cavabdehlərlə bağlı suallar, ölkə hakimiyyətinə yönəlik ittihamlar... Pessimist proqnozlar da çoxalır – ölü sayı neçə minə qədər yüksələcək? Bu, ölkəyə, onun idarəsinə, taleyinə necə təsir göstərəcək? Türkiyə bunun altından qalxa biləcəkmi? May ayında nəzərdə tutulan prezident seçkilərinin vaxtı dəyişəcəkmi? Azərbaycan insanı üçünsə sualların əksəriyyəti həm də qardaş ölkənin acısı ilə yanaşı, Qarabağla bağlıdır. Düşmənlər bu durumdan istifadə edib, Azərbaycanın üzərinə gələcəklərmi? Azərbaycan meydanda tək qaldımı?

Azərbaycan tamaşaçısını narahat edən bütün suallara bu gün saat 20.00-də “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə “Dərin Təhlil” verilişində cavab tapmağa çalışacağıq. Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, YAP-çı millət vəkili Elman Nəsirov və Ağ Partiyanın sədri Tural Abbaslı verilişdə bu mövzu ətrafında təhlil aparacaqlar. Ehtiyatda olan türkiyəli general Yücel Karauz isə Türkiyədən canlı efirə qoşularaq, hadisələrin mərkəzindən son durumu diqqətə çatdıracaq.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Facebook səhifəsinin ünvanı:



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR