İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəni ayağa qaldıran Zəhranın qətli ilə bağlı ŞOK DETAL - Qabırğasını sındırıblar və ...

1350 21.08.2022 15:15 Kriminal A A

Muğlanın Milas rayonunda əyləncə məkanında öldürülən və cəsədi bağdakı hovuza atılan 18 yaşlı Zehra Bayırın ekspertiza hesabatı ortaya çıxıb.

Musavat.com xəbər verir ki, hesabatda təzyiq nəticəsində Bayırın başına sərt cisimlə vurulduğu eyni zamanda qabırğasının sındığı bildirilib.

Qorxunc hadisə iyulun 24-ü axşam saatlarında Səlimiyə rayonunda baş verib. 3 ay əvvəl Konyadan işləmək üçün Milasa gələn Zehra Bayır narkotik aludəçisi olduğu iddia edilən qardaşının müalicə xərclərini qarşılamaq üçün əyləncə məkanında mahnı oxumağa başlayıb.

miyuifjnsxyst.jpg (41 KB)

İddialara görə, sahibkarlar Zəhra Bayıra birdəfəlik pul verəcəklərini bildiriblər və bu müddət ərzində heç bir ödəniş etməyiblər. Qardaşının müalicəsi üçün Konyaya gedəcəyini və 50 min lirə alacağını deyən Bayır iş adamları ilə mübahisə edib. Müzakirə böyüdükcə iş sahibləri Bayırın başına sərt əşya ilə zərbələr endiriblər.

Zərbənin təsirindən yerə yıxılan Bayır daha sonra məkanın bağçasındakı hovuza atılıb. Hadisəni görənlərin xəbəri üzərinə bölgəyə jandarma və təcili yardım sövq edilib. Hovuzdan çıxarılan Z.Bayırın öldüyü müəyyən edilib. Bayırın cansız bədəni ekspertiza üçün Muğla Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb. Ekspertizadan sonra Zehra Bayırın cənazəsi iyulun 26-da doğulduğu Konyanın Karapınar mahalına aparılaraq torpağa tapşırılıb.

cereary tev ysnsyt.jpg (23 KB)

Hadisə ilə əlaqədar genişmiyaslı araşdırma aparan jandarma qrupları; H.K., Y.İ., T.K., T.İ., İlender İlter, qardaşı Ömer İlter və ofisiant Ünal Karakülah saxlanılıb. Aparılan əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilər arasında İlter qardaşları və Karakulah həbs olunub.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR