İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli millət vəkili Azərbaycandakı Kipr günlərindən DANIŞDI

943 13.10.2023 16:56 Siyasət A A

"Biz xeyli müddətdir ki, Şimali Kipr Türk Respublikasının dünyada tanınan bir ölkə olmasını gözləyirdik. Mən də bunun üçün əlimdən gələni etməyə çalışırdım".

Bu sözləri Musavat.com-a açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım bildirib.

Türkiyəli millət vəkili Şimali Kipr Türk Respublikasının Səmərqənd sammitində müşahidəçi mövqeyində iştirakını mühüm məsələ kimi dəyərləndirib.

"Azərbaycanın Qarabağ problemi aradan qalxdığına, hüquq prinsipləri yerinə yetirildiyinə və bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi olaraq gördüyünə görə ümidvaram davam edən hadisələr silsiləsində Şimali Kipr Türk Respublikasının da tanınmağı məsələsi gündəmə gələcək. Bugünkü görüş başda Türk Dövlətləri Təşkilatı, o cümlədən kiprli türklər baxımından çox əsasdır, bir o qədər də tarixi hadisədir. Bakıda Kipr və kiprli türklərin milli, mədəni irsinin təqdimatı nümayiş olunur. Aldığım məlumata görə, nümayəndələr cənab Prezident İlham Əliyevlə də görüşəcəklər. Bu, çox vacib bir prosesdir.

Bildiyimiz kimi, uzun illər əvvəl Şimali Kipr Türk Respublikasının ilk prezidenti Rauf Denktaşın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlmişdi və bu səfəri "Burada baş verənlər qardaşların qucaqlaşmasıdır" - deyə ifadə etmişdi. O hadisədən sonra bir daha Azərbaycana hər hansı bir səfər edilmədi. Bu gün prezident Ersin Tatarın 200 nəfərlik nümayəndə heyəti ilə Bakıya gəlməsi və bu təqdimat günlərində şəxsən iştirakı Azərbaycanda da böyük bir bağ quracaq. Kökümüz, qanımız və tariximiz birdir. Qarabağda yaşayan xalqımız kimi kiprli türklər də çox böyük əzablar çəkib, amma inanıram ki, bugünkü görüşün nəticəsi həm Kipr, həm region, həm də Türk dünyası üçün xeyirli prosesin başlanğıcı olacaq. İnanıram ki, bu görüşlər davamlı olacaq və prosesin irəliləyən mərhələsində Şimali Kipr Türk Respublikasının Azərbaycan dövləti tərəfindən tanınması ilə yekunlaşacaq", - Şamil Ayrım qeyd edib.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR