İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli jurnalistlər Azərbaycanda rəsmi səfərdədir

1112 11.09.2023 10:11 Son xəbər A A

Türk Dünyası Jurnalistləri Şurası IV toplantısı Azərbaycanda gerçəkləşəcək. Türkiyə Jurnalistlər Federasiyası, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, eləcə də Jurnalistlər Cəmiyyətləri Mətbuat Vəqfinin ortaq təşkil etdiyi bu toplantı hər il bir Türk Cumhuriyyətində təşkil edilir.

Azərbaycanda planlaşdırılan bu dəfəki görüş 11-16 sentyabr tarixlərində baş tutacaq və Türkiyədən 50 nəfərlik heyət Bakıya gələcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri ilə görüşlərin təşkili nəzərdə tutulub . Görüş zamanı hər iki ölkənin jurnalistləri arasında peşə çərçivəsində ortaq layihələrin həyata keçiriləcəyi nəzərdə tutulur. Səfər barədə Türkiyə Jurnalistlər Federasiyasının Genel Başqanı Yılmaz Karaca Musavat.com-a açıqlama verib.

"Türkiyəylə yanaşı Türkiyə Cumhuriyyətləri də başda olmaqla, Avropa və Amerikada da bir sıra peşə sahəsində layihələr həyata keçiririk. Bu səfərimiz çərçivəsində də həm qardaş ölkə Azərbaycanla, həm də Azərbaycancandakı həmkarlarımızla bir araya gələrək, qardaşlığımızı daha da gücləndirəcək və iş birliyimizi daha da inkişaf etdirəcəyik. Layihə çərçivəsində Azərbaycanın Bakı, Şuşa, eləcə də Qarabağ şəhərlərini də ziyarət edəcək, eləcə də, çeşidli layihələr həyata keçirəcəyik" - deyə başqan bildirib. Görüş zamanı Yılmaz Karaca həmçinin mərhum prezidentimiz Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcəklərini, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsində və Azərbaycan Milli Elmlər Akademiyasında da əhəmiyyətli görüşlərin planlaşdırıldığını bildirib.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR