İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Rusiyaya ixrac 33 faiz azaldı

636 02.03.2024 20:18 Son xəbər A A

2024-cü ilin fevralında Türkiyənin Rusiyaya ixracının həcmi illik ifadədə 33 faiz azalıb.

Musavat.com Türkiyə Ticarət Nazirliyinin açıqladığı statistik məlumata əsasən xəbər verir ki, keçən ay göstərici bir il əvvəlki 1 milyard dollara qarşı 670 milyon dollar təşkil edib.

Yanvar-fevral ayları üzrə ümumi ixracat 2023-cü ilin eyni dövründəki 2,04 milyard dollarla müqayisədə 1,29 milyard dollara düşüb. Fevral ayında Rusiyaya ixrac Türkiyənin ümumi ixracatının 3,2 faizini təşkil edir. Fevralda Türkiyə ixracatında Almaniya (1,723 milyard dollar) və ABŞ (1,33 milyard dollar) lider olub.

Ötən ay Türkiyənin idxalında Rusiya 4,15 milyard dollarla birinci yeri tutub. İkinci yerdə 3,43 milyard dollarla Çin, üçüncü yerdə isə 2,22 milyard dollarla Almaniya gəlir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR