İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki seçkiləri pozmaq istəyən ölkə hansıdır? - Səs yazısı var

1635 04.05.2023 10:26 Siyasət A A

Türkiyənin daxili işlər naziri ölkələrdən birinin mayın 14-də keçiriləcək seçkilərə müdaxilə etmək niyyətini açıqlayıb.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süeyman Soylu xarici ölkələrdən birinin mayın 14-də Türkiyədəki seçki prosesinə müdaxiləyə cəhd etdiyini bildirib.

“Orada səs yazısı olan bir kaset var... Söhbət indi çoxlu sayda bəyanatlar verən bir şəxsin maraqlı bir ölkənin səfiri ilə görüşündən gedir.

4 ay əvvəl Türkiyəyə gələn daxili işlər naziri öz səfiri ilə şəxsi görüşü zamanı ona qarışıqlıq yaratmaq üçün hansı addımların atılması lazım olduğunu söylədi”, - nazir bildirib.

Lakin Süleyman Soylu konkret ölkənin adını çəkməyib.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR