İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə seçki qutularının 91 faizi açılıb - YENİLƏNİB

4686 28.05.2023 20:20 Region A A

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.

“Report” “Haber Globala” istinadən xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.

İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.

***

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 82.64 faizi açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 53.41%-nin (22,733,801), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46.59%-nin (19,830,274) səsini qazanıb.

***

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 66,7 faizi açılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 54,78%-nin (18,335,319 səs), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 45,22%-nin (15,133,628 səs) səsini qazanıb.

***

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində səsvermə bülletenlərinin 55 faizi sayılıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,80 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,20 faiz səs toplayıb.

***

Türkiyə Yüksək Seçim Qurumu ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.

“Report” Anadolu Agentliyinə istinadla xəbər verir ki, ilkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 57,09 faiz, Kemal Kılıçdaroğlu 42,91 faiz səs.

İndiyədək seçki qutularının 42,78 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.

***

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Bu barədə “Report” "Yeni Şafak" nəşrinə istinadən xəbər verir.

Belə ki, səsvermə bülletenlərinin 21,05 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 60,07 faiz səs qazanıb.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 39,3 faiz səs toplayıb.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR