İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə qəzada ölənlərin sayı artdı - YENİLƏNİB VİDEO

1907 21.08.2022 09:30 Hadisə A A

Türkiyənin Mardin şəhərinin Derik rayonunda əyləci sıradan çıxan yük maşını iki avtomobilə çırpıldıqdan sonra insanların üstündən keçib.

İlkin məlumatlara görə, hadisə nəticəsində 20 nəfərin həyatını itirdiyi, çox sayda insanın yaralandığı bildirilib.

Qəza yerinə polis, yanğınsöndürmə briqadası və 112 Təcili Tibbi Yardım qrupları sövq edilib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu qəza ilə bağlı tviter hesabında paylaşım edib.

“Mardin Derikdə eyni yerdə ard-arda iki yük maşını qəzası oldu. Bütün komandalarımız səfərbərdir. İlkin təsbitlərə görə 10 nəfər həlak olub. Yaralılarımız xəstəxanalara çatdırılır” , - paylaşımda qeyd olunub.

***

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.

Musavat.com  xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

Onun sözlərinə görə, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.

"Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Xəsarət alnların müalicəsi üçün bütün vasitələr səfərbər edilib. Arzumuz Qaziantep və Mardində baş verən yol qəzalarına görə yeni ağrılar yaşamamaqdır".

***

Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı yenidən artıb.

APA xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib. Bildirilib ki, qəzada ölənlərin sayı 19-a çatıb. Hadisə nəticəsində yaralananların sayı 26 nəfərdir.

Onlardan 6 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Başın sağ olsun, Türkiyəm!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR