İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ölənlərin sayı 7 mini keçdi, Bakı böyük təhlükədə- detallar “Canlı debat”da

1447 08.02.2023 13:32 Gündəm A A

Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108 nəfərə çatıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində xəsarət alanların sayı 40 910 nəfərdir.

FHN Bakıda son 4-5 ildə tikilən yaşayış və qeyri-yaşayış binalarında təcili yoxlamalara başlamalıdır. Seysmoloji Mərkəzin direktorunun açıqladığı qorxunc fakt mütləq yoxlanmalıdır. “8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən hesablanmış normativlərə görə, 40 faiz əlavə vəsait qoyulmalıdır”.

Bunu mediaya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, xüsusi dəmir-beton kolonların, armaturların, N kəsiyinin ölçüləri nəzərə alınmalıdır: “Əgər 8 ballıq zonada bina 1 milyona başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər”.

Bu normativlərə əməl edilmədiyi dövr BŞİH-nin sabiq başçısı Hacıbala Abutalıbovun vəzifədə olduğu illərə təsadüf edir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR