İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə daha bir podratçı həbs olundu

940 19.02.2023 18:39 Gündəm A A

Türkiyənin Adıyaman şəhərində zəlzələ zamanı uçmuş "Huzur" binasının podratçısı Yıldıray Varki İstanbul hava limanından İsveçrəyə getmək istəyərkən yaxalanıb.

Musavat.com "Milliyet"ə istinadən xəbər verir ki, Varki məhkəmənin qərarı ilə həbs edilib.

Bununla da uçan binalarla bağlı həbs olunan podratçıların sayı sayı 134-ə çatıb.

Qeyd edək ki, Varkinin podratçısı olduğu binanın uçması nəticəsində çox sayda insan həlak olub.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR