İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə böyük mafiya əməliyyatı: məşhur isimlər prokurorluğa çağırıldı

3295 05.07.2022 14:14 Kriminal A A

Türkiyənin İstanbul şəhərində və başqa 12 vilayətdə “Sarallar” adlı mafiya qruplaşmasına qarşı polis əməliyyatı keçirilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hələ 6 gün öncə başladılan əməliyyat zamanı 117 nəfər saxlanılıb.

Saxlanılanlar arasına "Beşiktaş" klubunun idarə heyətinin keçmiş üzvü və iş adamı Erdal Acar da var. Onun cinayət təşkilatının başçılarından biri olduğu iddia edilir. Təşkilatın digər rəhbəri İlyas Saral isə gizlənməkdə davam edir.

Əməliyyatın əsasən İstanbul şəhərinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən aparıldığı və bunun üçün 1000-dən çox polis nəfərinin cəlb olunduğu bildirilir.

Qeyd edək ki, əməliyyat üçün bir il yarım texniki və fiziki təqib həyata keçirilib. Uzun müddət davam edən araşdırmada, ictimaiyyətdə “Alaattin Saral” kimi tanınan İlyas Saral rəhbərlik etdiyi "Sarallar" mütəşəkkil cinayət təşkilatının izinə düşülüb. Dəstə üzvlərinin şəxsiyyət və ünvanlarının deşifrə edilməsi ilə İstanbul mərkəzli Yalova, Kocaeli, Manisa, Muğla, İzmir, Antalya, Sakarya, Trabzon, Tekirdağ, Samsun, Ankara və Artvində xüsusi təyinatlı polislərin dəstəyi ilə eyni vaxtda əməliyyat keçirilib.

Tutulanların üzərində 46 sənədsiz tapança, 55 silah darağı, 6 ov tüfəngi, 1 səsboğucu, 1000 patron, polad jilet, çoxlu çek, veksel və rəqəmsal vəsait, 900 min dollar, 413 min avro ələ keçirilib. Müsadirə edilən pulların böyük hissəsi Erdal Açarın İstanbulun Beykoz rayonunda saxlandığı evində tapılb.

Xatırladaq ki, iş adamı İsmət Acarın oğlu Erdal Acar ailəyə məxsus “Acarlar” şirkətlər qrupunun idarə heyətinin üzvü olub. Süleyman Seba dövründə bir müddət "Beşiktaş" idman klubunun idarəçisi olan Erdal Acar iş həyatından daha çox jurnal səhifələrində yaşadığı eşq macəraları ilə tanınırmış. Onun, Demet Şener, Deniz Akkaya, Seda Sayan və Ayşe Hatun Önal kimi məşhur isimlərlə münasibətləri medianın gündəmində olub.

Erdal Acardan başqa 2 biznesmen -Cezmi Meydancı və Ahmet Köksal Öztürk də saxlanılıb.

Burada maraqlı cəhət müğənni Aylin Coşkun, aktyorlardan Necati Şaşmaz, Erkan Petekkaya, "Beşiktaş"ın keçmiş futbolçusu və idarəçisi Sinan Engin kimi isimlərin həmin işlə bağlı prokurorluğa çağırılmasıdır. Onların “Sarallar” cinayət qrupu ilə əlaqələri araşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR