İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Yunanıstan münasibətlərində yeni SƏHİFƏ - Ərdoğan 6 il sonra...

1017 06.12.2023 13:45 Dünya A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti Türkiyə ilə Yunanıstan arasında keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) 5-ci iclasında iştirak etmək üçün 6 ildən sonra sabah Afinaya gedəcək.

Musavat.com "Hurriyet.com"a istinadən xəbər verir ki, dördüncüsü 2016-cı ildə İzmirdə keçirilən YDİK danışıqlarının bərpası iki ölkə münasibətlərində yeni səhifə kimi qiymətləndirilir.

Məlumata görə, Ərdoğan Afinadakı "Proedriko Megaro"da (prezident binası) əvvəlcə prezident Katerina Sakellaropulu ilə, daha sonra isə "Meqaro Maksimu"da (baş nazirlik) baş nazir Kiriakos Mitsotakislə görüşəcək.

Qeyd olunub ki, YDİK toplantısından əvvəl nazirlər ayrı-ayrı görüşlər keçirəcək. Həmçinin bəzi ikitərəfli müqavilələrin və ortaq bəyannamənin imzalanacağı gözlənilir. Yüksək Əməkdaşlıq Şurasının iclasında Yunanıstan tərəfdən 11, Türkiyə nümayəndə heyətindən isə 8 nazirin iştirakı gözlənilir. 

"Türkiyə ilə yeni səhifə açdıq. Son illərdə gərginlik həmişəkindən daha çox azalıb", - Yunanıstanın dövlət naziri Akis Skerços deyib.

Məlumata görə, Ərdoğan və onu müşayiət edən nümayəndə heyətinin Afinaya səfəri ilə əlaqədar Yunanıstanın paytaxtında fövqəladə təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Buna görə 3 min yunan polisi səfərbər edilib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR