İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə vətəndaşları üçün Azərbaycanda 15 seçki qutusu qurulacaq

356 03.05.2023 17:45 Siyasət A A

Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

"Bildiyiniz kimi Türkiyədən xaricdə yaşayan vətəndaşlarımızın prezident və parlament seçkilərində səsvermə prosesi başlayıb. YSK-nın qərarına əsasən Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu quraşdırılıb", - deyə diplomat bildirib.

Səfir qeyd edib ki, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların səs verə bilməsi üçün bütün hazırlıqlar başa çatıb.

“5 may saat 9:00-21:00 arasında 12 saat ərzində fasiləsiz şəkildə səsvermə keçiriləcək", - səfir qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR