İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Britaniya XİN başçıları Yaxın Şərqlə bağlı müzakirə apardı

394 14.04.2024 19:34 Siyasət A A

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, hər iki nazir regionda eskalasiyanın daha da artmamasının vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 13-dən 14-nə keçən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR