İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və ABŞ diplomatları Qafqazı müzakirə ediblər

482 09.03.2024 17:41 Siyasət A A

ABŞ dövlət katibinin müavini Kurt Kempbell martın 8-də Vaşinqtonda Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar ilə görüşüb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilir.

“Dövlət katibinin müavini Kempbell və Xarici İşlər Nazirinin müavini Akçapar regional və qlobal prioritetlər üzrə ABŞ və Türkiyə arasında strateji əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə ediblər. Onlar Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq, Cənubi Qafqazda sülh, Asiyada və onun hüdudlarından kənarda birgə işləmək üçün digər imkanları müzakirə ediblər”, - ABŞ Dövlət Departamentinin sözçüsü açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri də ABŞ rəsmiləri ilə görüşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR