İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə seçkilərinin taleyini həll edəcək ŞOK MƏSƏLƏ - BOMBA partlamayacaq...

1751 09.05.2023 12:27 Siyasət A A

“Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun irəli sürdüyü tezis Azərbaycançılığa, Azərbaycan-Türkiyə birliyinə, Türk dünyası ideologiyasına, o cümlədən Azərbaycan və Türkiyə prezidentlərinin inşa etdiyi böyük türkçülüyə, onun ideologiyasına, hərbi, siyasi, iqtisadi sərhədlərinə böyük bir zərbədir”.

Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.

aziz.jpeg (273 KB)

Siyasi şərhçi bildirib ki, Kılıçdaroğlunun “böyük layihəsi” konkret olaraq İranın, Ermənistanın, Qərbdən Azərbaycan və Türkiyə əleyhinə olan mövqelərin müdafiəsidir:

“Yunanıstan, İran, Ermənistan, Fransa mətbuatına baxsanız, tamamilə onların tezisləri üzərində ucaldılmış bir baxışdır. Hesab edirəm ki, Türkiyə seçkilərinin taleyini Azərbaycan məsələsi həll edəcək. Çünki Türkiyədə Azərbaycan məsələsi qırmızı xəttdən də o tərəfi təşkil edir. Ən azından bu seçkilərin taleyi Azərbaycanın taleyini də həll etməlidir məntiqi var ortada. Hesab edirəm ki, bu həm də Azərbaycan seçkiləridir. Kılıçdaroğlunun türk adlandırdığı və əslində anti-türk qurşağı obrazında ortaya qoyduğu bu baxış birmənalı şəkildə Türk dünyası əleyhinə vurulmuş ən böyük zərbədir. Bu ideologiya ilə yola çıxan adam Türk dünyasında nə seçkiləri qazana bilər, nə prezidentliyə gəlib çıxa bilər, nə də bundan sonra Türk dünyası üçün müsbət gələcək vəd edə bilər. Bu, birmənalı şəkildə fars, yunan, erməni təfəkkürünün, türkün bu bölgədə məğlub olmasını istəyən fransız təfəkkürünün həlledici baxışıdır. Düşünürəm ki, türk xalqı bu baxışın əleyhinə səs verəcək. Bu minvalla onlara öz yerlərini göstərəcəklər.

Bu baxış Türkiyə üzərindən Azərbaycan əleyhinə formalaşmış üçtərəfli ittifaqa – Ermənistan, İran və Hindistan yoluna qoyulmuş stavkadır. Kılıçdaroğlunun bu tezisi Türk dünyasının tarixi-strateji məqsədinə, gələcəyinə qoyulmuş bir bombadır. Hesab edirəm ki, Türk dünyasının gələcəyini fikirləşə biləcək ağıl heç bir halda bu saxta yanaşmaya yol verməz. Çünki bu, Türk dünyasının, Azərbaycanın gələcəyini şübhə altına almaq, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi uğurları, eyni zamanda Türkiyə-Azərbaycan hərbi uğurlarını sıfırlamaq niyyəti daşıyır”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR