İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyaya inkubasiya yumurtalarının ixracına başlayıb

629 29.12.2023 18:37 Region A A

“Rosselxoznadzor” 2023-cü il dekabrın 29-dan Türkiyənin 6 müəssisəsindən inkubasiya yumurtası idxalına başlayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, qurum bu barədə açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, dekabrın 29-dan etibarən “Rosselxoznadzor” quş qripindən azad ərazilərdə yerləşən 6 türk müəssisəsindən inkubasiya yumurtalarının tədarükünə başlayıb.

Qeyd olunur ki, qərar xarici iqtisadi fəaliyyətdə rusiyalı iştirakçıların inkubasiya yumurtalarına mövcud ehtiyacı ilə əlaqədar, habelə bu məhsulların baytarlıq və baytarlıq tələblərinə uyğunluğu ilə bağlı Türkiyə tərəfinin verdiyi zəmanətlər nəzərə alınmaqla qəbul edilib:

““Rosselxoznadzor” bu müəssisələrdə yoxlamalar aparmaq hüququnu özündə saxlayır”.

“Rosstat”ın məlumatına görə, 2023-cü ilin noyabrında yumurta oktyabr ayı ilə müqayisədə 15,07 faiz, ilin əvvəlindən isə 36,54 faiz bahalaşıb. Federal Antiinhisar Xidməti noyabrın ortalarında yumurta istehsalçılarına qiymətlərlə bağlı sorğular göndərdiyini açıqlayıb, bir sıra istehsalçılara qarşı araşdırmalara başlanıb.

Eyni zamanda yumurta idxalı rüsumlardan azad edilib. Azərbaycan, Türkiyə, İrandan idxala icazə verilib. Dekabrın 24-də Azərbaycan Rusiyaya 306 min ədəd olmaqla üçüncü partiya tədarük edib. 36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Yeni ildən sonra yerli istehsalın artması və dost ölkələrdən məhsulların sıfır rüsumla gəlməsi fonunda qiymətlərin stabilləşməsi gözlənilir. İstehsal sektorunda daxili bazarda təklifin artırılması üçün kompleks tədbirlər həyata keçirilir. O cümlədən, əsas istehsalçılarla həcmlərin əlavə artırılması planı razılaşdırılıb. Bununla yanaşı, bəzi yerli pərakəndə satıcılar toyuq yumurtalarının müxtəlif kateqoriyalarında qiymət artımını məhdudlaşdırmaq qərarına gəliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR