İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Qara dənizdə qaz yataqlarının işlənməsinə 10 milyard dollar vəsait yönəldəcək

568 21.04.2022 13:56 İqtisadiyyat A A

Türkiyə hakimiyyəti Qara dənizdə aşkarlanan qaz yataqlarının işlənməsi üçün 10 milyard dollar sərmayə yatırmaq niyyətindədir.

AZƏRTAC Sabah qəzetinə istinadla xəbər verir ki, investisiyalardan sonra Zonquldak vilayətindəki yataqlardan və Sakarya qaz yatağından ildə təxminən 14 milyard kubmetr mavi yanacaq hasil olunacağı gözlənilir. Bu, həm də mindən çox iş yerinin yaranması deməkdir.

Qeyd edək ki, 2020-ci il avqustun 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə böyük təbii qaz ehtiyatları aşkarladığını elan etmişdi. Ankara 2023-cü ilədək oradan daxili bazara qaz tədarük etməyi planlaşdırır. Yaxın vaxtlarda bu yataqdan qaz hasilatı ilə bağlı texniki məsələlər həll edilərək qazıntı işlərinə başlanacağı gözlənilir.

Son məlumatlara görə, Sakarya yatağının “Dunay-1” hissəsində təsdiqlənmiş qaz ehtiyatı həcmi 405 milyard kubmetr təşkil edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR