İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Prezidenti: "İsveç və Finlandiya vədi yerinə yetirməsə, biz də onların üzvlüyünə müsbət yanaşmayacağıq"

658 20.07.2022 16:32 Region A A

“Biz Finlandiyaya da, İsveçə də NATO Baş katibinin iştirak etdiyi toplantıda şərtlərimizi çox konkret formada söylədik. Gizli bir şey yoxdur”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

“Şərtlərimiz bu ölkələrin terror təşkilatlarının fəaliyyətlərini dayandırması və əllərindəki terrorçuları qaytarmasıdır. Bilirsiniz ki, PKK, PYD, YPG və FETO-nü terror təşkilatları kimi qeydlərə saldıq. Onları vermələrini tələb etdik. Onlar verdikləri vədi yerinə yetirməsələr, bizim də bu məsələyə müsbət yanaşmağımız mümkün olmayacaq”, - o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR