İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə öz tarixində ən böyük ixrac həcminə nail olub

1108 02.01.2024 21:41 Region A A

2023-cü ildə Türkiyənin ixracı rekord həddə çataraq 255,8 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə İxracatçılar Birliyində keçirilən toplantıda bildirib.

Onun sözlərinə görə, ixracın həcmi 2022-ci illə müqayisədə 0,6 faiz artıb. Bu isə o deməkdir ki, ixracın artımı baxımından Türkiyə ortamüddətli iqtisadi inkişaf proqramında qarşıya qoyulan hədəfləri üstələyib:

"Təkcə 2023-cü ilin dekabr ayında ixracımız 0,44% artaraq 23 milyard dollar təşkil edib".

Eyni zamanda Türkiyə lideri əlavə edib ki, ölkəsi ötən ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərə görə planlaşdırılan təxminən 6 milyard dollar gəlirdən məhrum olub. R.T.Ərdoğanın sözlərinə görə, zəlzələlər Türkiyəyə 104 milyard dollar zərər vurub.

Ərdoğan qeyd edib ki, ötən il ixracda əsas artım Rusiya və Səudiyyə Ərəbistanına olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR