Türkiyə Rusiyanı və Ukraynanı müharibə zamanı enerji infrastrukturunu hədəfə almamağa çağırıb.
Musavat.com xəbər verir ki, enerji naziri Alparslan Bayraktar bu mövqeyi Qara dəniz sahillərində baş verən son hücumlardan sonra bildirib.
Nazirin sözlərinə görə, enerji marşrutlarının vurulması region üçün ağır nəticələr yarada bilər:
“Ümid edirik ki, bu dəhşətli müharibə bitəcək. Amma hazırda bütün tərəflərə- Rusiyaya və Ukraynaya çağırış edirik: enerji infrastrukturunu bu savaşın bir hissəsinə çevirməyin. Enerji axınlarının fasiləsizliyini təmin etməliyik".
Bayraktar xüsusilə qeyd edib ki, Kaspi Boru Kəməri Konsorsiumu (CPC) kimi kritik marşrutlar hər cür riskdən qorunmalıdır. Nazir Reuters-ə açıqlamasında vurğulayıb ki, enerji təhlükəsizliyi həm region, həm də qlobal bazar üçün həyati əhəmiyyət daşıyır.
Musavat.com






