İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə kəşfiyyatı İŞİD-lə bağlı hesabatını açıqladı

636 18.05.2024 13:12 Dünya A A

 

Türkiyə kəşfiyyatı MİT-in Xorasandakı İŞİD strukturu ilə bağlı hesabatını dərc edib. 

Musavat.com rus mənbələrinə istinadən xəbər verir ki, hesabatda təşkilatın İŞID-lə mübarizə sahəsində fəaliyyəti ilə bağlı kəşfiyyat fondunun yaradılması və bu kontekstdə aidiyyəti dövlət qurumlarının bir-biri ilə koordinasiyasının gücləndirilməsi tövsiyə olunub.

Xüsusi olaraq Əfqanıstan və Pakistan üçün yaradılacaq terrorla mübarizə mexanizminin Türk Dövlətləri Təşkilatına bağlanması, miqrasiya və iqlim kimi mövzularda ortaya çıxa biləcək ünsürlər üzərində araşdırmalar aparılaraq önləyici mexanizmlərin yaradılmasının vacibliyi bildirilib.

Böhran və terror təşkilatları bundan istifadə edə bilər. Hesabat deradikalizasiya səyləri üçün hərtərəfli yol xəritəsinin hazırlanmasını tövsiyə edib və Mərkəzi Asiya ölkələrində dini təhsilin institusional strukturlar tərəfindən dəstəklənməli olduğu qiymətləndirilib.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR