İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə Bosniya və Herseqovina arasında siyasi məsləhətləşmələr keçiriləcək

389 05.11.2023 22:14 Siyasət A A

Noyabrın 6-da Türkiyə ilə Bosniya və Herseqovina arasında siyasi məsləhətləşmələr keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ankarada baş tutacaq iclas Türkiyənin xarici işlər nazirinin müavini və Avropa İttifaqı üzrə direktor səfir Mehmet Kemal Bozay ilə Bosniya və Herseqovina xarici işlər nazirinin müavini Yosip Brkiçin başçılıq etdiyi nümayəndə heyətləri arasında keçiriləcək.

Bildirilib ki, məsləhətləşmələr zamanı Türkiyə ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin bütün aspektləri və regional proseslər, o cümlədən Avropa və Avro-Atlantik qurumlarla inteqrasiya prosesləri müzakirə olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR