İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə HƏRƏKƏTƏ KEÇDİ - hədəflər və terrorçular MƏHV EDİLDİ

820 15.01.2024 15:55 Dünya A A

"Separatçı terror təşkilatının istifadə etdiyi və məsul terrorçuların da olduğu düşünülən mağara, bunker, sığınacaq və neft obyektlərindən ibarət cəmi 78 hədəf məhv edilib".

Musavat.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər açıqlayıb.

O qeyd edib ki, əməliyyatlar zamanı ümumilikdə 77 terrorçu zərərsizləşdirilib:

"Yanvarın 12-də “Pence-Kilit” əməliyyatında çox təəssüf ki, 9 qəhrəman əsgərimiz şəhid olub. Bu münasibətlə şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyir, kədərli ailələrinə və soylu xalqımıza başsağlığı verir, səbir diləyirəm. Hücumlara dərhal cavab verilib, təmas zamanı 23 terrorçu zərərsizləşdirilib. Daha sonra İraqın şimalında və Suriyanın şimalında Metina, Hakurk, Qara və Qəndil bölgələrində həyata keçirilən hava əməliyyatları ilə separatçı terrorçunun istifadə etdiyi mağara, bunker, sığınacaq və neft obyektlərindən ibarət 78 hədəf müəyyən edilib. Təşkilat və məsul səviyyədə terrorçuları ehtiva etdiyi düşünülən bir təşkilat məhv edilib. Ümumilikdə 77 terrorçu zərərsizləşdirilib".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR