İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə-Azərbaycan tandem proqramının ikinci hissəsi Ermənistanda tam sürətlə həyata keçirilir" - Minasyan

703 05.03.2024 17:33 Dünya A A

Türkiyə-Azərbaycan agentləri (Paşinyanı nəzərədə tutur-red.) Ermənistanda hakimiyyəti ələ keçirdikdən sonra Türkiyə-Azərbaycan tandeminin yeni proqramını həyata keçirilir. Bu da Ermənistanın türkləşdirilməsidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu martın 4-də jurnalistlərlə söhbətində Ermənistan Respublika Partiyasının İdarə heyətinin üzvü Qaqik Minasyan deyib.

O, layihənin birinci hissəsinin uğurla həyata keçirildiyinə, hazırda ikinci hissəsinin isə tam sürətlə başa çatdırılmaq üzrə olduğuna əminliyini ifadə edib.

Erməni siyasətçi keçmiş baş nazir Vazgen Sarkisyanın başladığı işi bitirə bilmədiyini söyləyib.

Onun sözlərinə görə, erməni xalqının bu gün düşdüyü vəziyyət Vazgen Sarkisyanın etdiklərinin tam əksidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR