İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk ulduzlar Bakıya gəlir - Fotolar

1009 16.01.2023 15:20 Şou-biznes A A

Türk ulduzlar Selçuk Yöntem, Kubilay Aka və Selin Şekerci Bakıya gəlir.

Musavat.com xəbər verir ki, onlar rol aldıqları “Sevda Mecburi İstikamet” filminin qalası üçün paytaxtımıza təşrif buyuracaqlar.

Gənc aktrisa Elif Ceren Balıkçının da qatılacağı gecə 19 yanvar saat 19:00-da “Park Cinema Flame Towers”da baş tutacaq.

Qeyd edək ki, “Sevda Mecburi İstikamet” filmi yarımçıq qalan hekayəsini tamamlamaq üçün qızı ilə səyahətə çıxan məşhur aktyorun hekayəsindən bəhs edir. “Yeşilçam”ın uğurlu aktyorlarından olan Selim film çəkilişləri zamanı tanış olduğu Sevda ilə eşq yaşayır. Cütlüyün münasibəti tezliklə evliliyə çevrilir və Suna adlı qızları doğulur. Həyatlarında hər şey yolunda getdiyi anda Sunaya autizm diaqnozu qoyulur. Tamamilə işinə qərq olmuş Səlimin həyatı Sevdanın xəstəlik xəbərini alanda dəyişir. Sevdanın ölümü ilə Səlim hər şeyi tərk edir və hekayəsini artıq yetkin olan qızı Suna ilə tamamlamağa çalışır.

Filmi yaradıcıları ilə birlikdə izləmək istəyənlər qala gecəsi üçün biletləri “Park Cinema” kassalarından və ya parkcinema.az internet saytından əldə edə bilərlər.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR