İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk reperə silahlı hücum: Xəstəxanaya yerləşdirildi

639 23.08.2025 03:51 Şou-biznes A A

Repçi Emirhan Çakal, Tekirdağın Hayrabolu rayonunda keçirilən 33-cü Günəbaxan Festivalının ilk gecəsində səhnəyə çıxıb.

Çakal, səhnədən vinçlə endirilən zaman təsadüfi açılan havalı tüfəng atəşi nəticəsində ayağından yaralanıb.

Atəş zamanı saçma gülləsi məşhur sənətçinin sağ dizinə dəyib. Yaralanan Çakal, əvvəlcə Hayrabolu Dövlət Xəstəxanasına aparılıb. Burada ilkin tibbi yardım göstərildikdən sonra o, İstanbuldakı özəl xəstəxanaya göndərilib.

"Lütfen", "Pişman", "Mahvettim", "İmdat" kimi mahnıları ilə tanınan 24 yaşlı məşhur repçinin sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb.//Milli.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR