Çexiya hökuməti İstanbul Konvensiyasının ratifikasiyası prosesindən imtina edərək bu istiqamətdə əvvəlki hökumətin qəbul etdiyi qərarı ləğv edib.
Musavat.com xəbər verir ki, Çexiya hökuməti qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınmasına dair Avropa Şurasının İstanbul Konvensiyasının ratifikasiyası prosesini dayandırmaq qərarı verib. Bununla da əvvəlki hökumətin konvensiyanın ratifikasiyasına verdiyi razılıq geri götürülüb.
Qərar hökumətin son iclasında qəbul edilib. Xatırladaq ki, Çexiya İstanbul Konvensiyasını 2016-cı ildə imzalasa da, ölkə Senatı 2024-cü ildə sənədin ratifikasiyasını təsdiqləmədiyi üçün proses dayanmışdı. Yeni hökumətin qərarı isə bu prosesi rəsmən başa çatdırır.
İstanbul Konvensiyası qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş Avropa Şurasının beynəlxalq sənədidir. Sənəd son illər bir sıra Avropa ölkələrində siyasi müzakirələrə və fikir ayrılıqlarına səbəb olub.
Musavat.com






