İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Ordusu Azərbaycanda! Xalq Türkiyə hərbi hissələrinin ölkəmizdə yerləşməsinə necə baxır? VİDEOSORĞU

2522 05.04.2022 17:32 Gündəm A A

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Bir müddət öncə isə hər iki ölkənin başçısı Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanunu imzaladılar.

Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycanın parlamentlərində ratifikasiya olunması Azərbaycan üçün bir sıra imkanlar yaradır. Bəyannaməyə əsasən, Türkiyə Silahlı Qüvvələrinin hissələri istənilən zaman Azərbaycan ərazisində yerləşə bilər. NATO-nun ən qüdrətli orduların birinin Azərbaycanda yerləşməsi ölkəmizin gələcəyi və təhlükəsizliyi baxımından mühümdür. Bəs, bu prosesə vətəndaşlarımız necə baxırlar? "TV Müsavat" ın reportyor qrupu paytaxtda bununla bağlı sorğu keçirib.
 
Musavat.com həmin reportajı təqdim edir:
 
Nigar HƏSƏNLİ,
Rafət ŞAHBAZOV
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR