İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk nəşrindən payızda Qarabağda müharibə xəbərdarlığı - iki mühüm gəlişmə

2087 24.08.2023 12:23 Gündəm A A

 

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə çağırıldığı ilə bağlı məlumatlar təsdiqlənir

Qarabağda qalan erməni separatçıları Azərbaycan ordusunun bölmələrinə qarşı təxribatçı hücuma hazırlaşırlar. Bu barədə Türkiyənin məşhur “Türkiye Gazetesi” Azərbaycan və Türkiyənin təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Nəşr iddia edib ki, sözügedən mənbələr Ermənistanın sentyabr-oktyabr aylarında yeni təxribat hazırlığında olduğuna dair xəbərləri təsdiqləyib.

Məqalədə həmçinin qeyd olunub ki, təmas xəttində çoxlu sayda raket və minaatan qurğular yerləşdirən ermənilər hazırda yeraltı tunellər və səngərlər qazırlar.

Separatçıların Ağdərə, Xocavənd, Xankəndi, Xocalı və Əsgəran rayonlarında bir çox ərazidə mina basdırdıqları bildirilir.

Təsadüfi deyil ki, Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən, hərbi geyimdə olan şəxs avqustun 21-də “Telegram” və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciətində müharibə hazırlıqlarından danışıb. O, Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə səslənərək “yerli özünümüdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu deyib. O, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağırıb.

Daha bir maraqlı məlumat da son günlər sosial şəbəkələrdə ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə çağırıldığı ilə bağlıdır. “Qafqazinfo” bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.

Pərviz Sədrəddinov rəis təyin edildi - FOTO

Pərviz Sədrəddinov

Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov  bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər və hər hansı bir narahatlığa əsas yoxdur. Ekspertlər nə düşünür? Türkiyə nəşrinin xəbərdarlığını nə dərəcədə ciddi mənbəyə əsaslanmış xəbər hesab etmək olar?

Deputat Bəhruz Məhərrəmov separatçıların qarşıdurmaya hazırlaşdıqlarını ehtimal edir: “Ötən 3 ilə yaxın periodda görürük ki, Ermənistan nəinki regionda sülh və sabitlik arzu etmir, əksinə Ermənistan özünün revanşist niyyətini reallaşdırmaq üçün fürsət güdür. İlk növbədə İrəvan destruktiv mövqeyi ilə nə Moskva, nə Vaşinqton, nə də Brüssel prosesində irəliləməyə imkan vermir. Daha sonra, bütün mümkün situasiyalarda Azərbaycana siyasi hücumlar təşkil edir və bu işdə qərbdəki havadarlarının xüsusi fəallığını görməkdəyik.

Bəhruz Məhərrəmov: Fransanın Korsikada yerli dili qadağan etməsi insanlıq  əleyhinə cinayәtdir

Bəhruz Məhərrəmov 

Bildiyiniz kimi, Ermənistan fərari ordu hissələrini Azərbaycanla şərti sərhəddə cəmləşdirməyə başlayıb, habelə çox sıx intervallarla istər şərti sərhəd boyu, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından mövqelərimiz atəşə tutulmaqdadır. Bu mənada separatçıların aktivləşməsinə, yeni hərbi təxribat planları qurmasına əlahiddə özfəaliyyət kimi yanaşmamalıyıq. Bu, Ermənistan tərəfindən planlaşdırılan, Fransa başda olmaqla havadarları bəzi qərb dairələri tərəfindən dəstəklənən kompleks fəaliyyətin bir hissəsidir.

Əslində aydındır ki, Ermənistan yeni mümkün müharibədə şansının olmadığını başa düşür, lakin müharibəyə məzlum tərəf kimi tanınmaq üçün fürsət kimi baxır. Görünən odur ki, İrəvan əsl reallığı qəbul etmək istəmir və yeni gərginlik arzusundadır. Əlbəttə, biz bunu arzu etmirik, lakin istənilən təcavüz aktı qarşısında da cavabsız dayanmaq niyyətimiz yoxdur. Azərbaycanın həm gücün hüququ, həm də hüququn gücü ilə bəri başdan qalibiyyəti şübhə doğurmur. Cənab İlham Əliyev Azərbaycan ətrafında elə geosiyasi situasiya formalaşdırıb ki, zaman Ermənistanın əleyhinə işləyir. Bakı özü isə bütün senarilərə hazırdır, o cümlədən müharibə ehtimalına. Dövlət başçısı özü də açıq mətnlə dəfələrlə bildirib ki, mümkün revanş cəhdi və müharibə ssenarisi Ermənistan üçün son olacaq".

Deputat bir məsələyə də xüsusi diqqət ayırdı: “O ki qaldı Azərbaycanda səfərbərlik məsələlərinə, Azərbaycanın yalnız Qarabağ və Şərqi Zəngəzurdakı mövcud qüvvələri istənilən təxribatın qarşısını almağa və düşmənin cavabını verməyə hər an hazırdır və əlavə səfərbərlik tədbirlərinə ehtiyac yoxdur. Qanunvericiliklə hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə il ərzində bir neçə dəfə təşkil olunan hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Mediamız da bu kimi məsələlərdə xüsusi diqqətli olmalıdır”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan üçün məqbul variantdan söz açdı: “Hazırkı dövr 2020-ci ilin yayını xatırladır. Yay aylarında Azərbaycan-Ermənistan sərhədində, o cümlədən Qarabağda vəziyyət gərginləşmişdi. Müharibənin başlanması ehtimalı yüksək idi. Sentyabrda İkinci Qarabağ müharibəsi başladı və 44 gün çəkdi. İndi də Ermənistan və Qarabağ separatçılarının Azərbaycana qarşı təxribatları artıb. Bu Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatına başlaması ehtimalını artırır, sadəcə indiki durum fərqlidir. Azərbaycan ordusu antiterror əməliyyatına başlayarsa, Qarabağda Rusiyanın hərbi kontingenti ilə toqquşmaq istəmir. Bu nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına cavab verir. Ancaq antiterror əməliyyatının başlayacağı halda Rusiya hərbi kontingentinin özünü necə aparacağı bəlli deyil. Azərbaycan üçün məqbul variant antiterror əməliyyatının başlaması halında Rusiya hərbi kontingentinin yerləşdiyi Xocalı qəsəbəsindən kənara çıxmamasıdır. Əgər Rusiya hərbi kontingenti erməni separatçılarına dəstək verərsə, bu Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Antiterror əməliyyatının başlaması halında Ermənistan hakimiyyətinin özünü necə aparacağı da sual altındadır. Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatına başlaması halında Ermənistan hakimiyyətinin iki variantı olacaq. Birinci variant Ermənistan hakimiyyəti proseslərə qarışmayacaq. İkinci variant isə Ermənistan ordusu Azərbaycan ərazisinə keçməyə çalışacaq. Əgər Ermənistan Azərbaycan ordusunun Qarabağda başlayacağı antiterror əməliyyatına mane olmazsa, bu halda gələcəkdə iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı artacaq. Paşinyan Ermənistan ordusuna Azərbaycan ordusunun Qarabağdakı hərbi əməliyyatına mane olmaq əmrini verərsə, bu halda iki ölkə arasında yenidən müharibə başlayacaq və Azərbaycan ordusu Qərbi Zəngəzura daxil olacaq”.

Jurnalist Səxavət Məmmədin həbs səbəbi bilindi - Unikal.az

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd bildirdi ki, istər Qarabağ istiqamətində, istərsə də Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyət gərgindir: “Artıq Ermənistan tərəfi uzun müddətdir ki, şərti sərhəddə mühəndis-istehkam işlərini görür və mövqelərin möhkəmləndirilməsi ilə məşğuldur. Bundan əlavə, sərhəd istiqamətinə hərbi texnikaların və əlavə şəxsi heyətin cəlb edilməsi barəsində informasiyalar var. Bu onu deməyə əsas verir ki, qarşı tərəf hazırlıq içərisindədir. Danışıqların dayandığını və hər iki ölkə rəhbərinin çıxışında sülhlə bağlı əminlik olmadığını nəzərə alsaq, hərbi əməliyyatların baş verməsini gözləmək olar. Son günlər atəşkəsin pozulma halı intensivləşib. Azərbaycan tərəfi separatçılara məxsus kameraları sıradan çıxarır. Hər iki tərəfin ərazi kəşfi ilə məşğul olması barədə də məlumatlar yayılıb. Belə olan halda hərbi əməliyyatlar qaçılmaz ola bilər.  Əgər qarşı tərəf yenə sülhdən yayınsa, rəsmi Bakı genişmiqyaslı antiterror, yaxud xüsusi hərbi əməliyyata start verəcək”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR