Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə aylardır Azərbaycanda konfranslar, simpoziumlar və elmi müzakirələr keçirilir.
Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimində çıxışı zamanı səsləndirib.
O bildirib ki, keçirilən tədbirlərdə Türk dünyasının müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar və elm xadimləri iştirak edərək elmi fikir mübadiləsi aparırlar.
Rafael Hüseynov vurğulayıb ki, "Türk Dünyası Həftəsi" çərçivəsində müxtəlif ölkələrdən nümayəndələrin bir araya gəlməsi, ortaq tarix, dil və mədəni dəyərlər ətrafında birləşməsi Türk dünyasında əməkdaşlıq və həmrəyliyin daha da gücləndiyini nümayiş etdirir.
Milli Məclisin sədr müavininin sözlərinə görə, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan tədbirlər həm tarixi irsin yaşadılması, həm də türk xalqları arasında elmi və mədəni əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Könül
Musavat.com






