İnsanlara hürriyət, millətlərə istiqlal!

Turist qadın Taylandda itkin düşüb

353 26.12.2023 16:35 Dünya A A

Britaniyalı turist Taylandda qayıqla ekskursiyaya çıxıb və fırtına zamanı gəmi batdıqdan sonra izsiz yoxa çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə təfərrüatları Daily Mail tabloidi yazıb.

Nəşrin məlumatına görə, Braytondan olan 57 yaşlı Milli Yanq həmişə Taylanda səyahət etmək arzusunda olub və oraya dostları ilə oraya gedib. Şənbə günü, dekabrın 23-də qrup Phanqnqa əyalətində dənizə çıxıb. Lakin güclü dalğalar səbəbindən turistlərin olduğu qayıq aşıb və batıb.

12 turist və 4 ekipaj üzvü yaxınlıqdakı balıqçılar tərəfindən xilas edilib. Lakin Yanq və gəmidə aşpaz olan başqa bir taylandlı qadın dənizdə yoxa çıxıblar.

Qadınları axtarmaq üçün onlarla qayıq və bir helikopter göndərilib, lakin üç gün ərzində onlar tapılmayıb. Eyni zamanda, batan gəmidən təxminən 40 kilometr aralıda şişmə xilasedici sal tapılıb, lakin onun üzərində heç kim olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR