İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın kürəkəni Qətərə lobbiçilik edir və milyonlar qazanır

413 05.12.2023 14:04 Dünya A A

Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ötən həftə çərşənbə günü Nyu Yorkda yəhudi iş adamları ilə görüşüb. Manhettendə “General Motors”un binasındakı “Coco” restoranında keçirilən bu xüsusi görüşdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və qızı İvanka Tramp da iştirak edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, görüş Qətər baş nazirinin keçən həftə BMT-nin Qəzza ilə bağlı toplantısı üçün Nyu-Yorkda olarkən təşkil edilib.

Bildirilir ki, Qətərlə digər Körfəz ölkələri arasında böhrana son qoymaq üçün aparılan danışıqlarda Kuşnerin vasitəçilik etməsi üçün Qətər şirkəti Kuşnerin özəl fonduna 200 milyon dollar vəsait köçürüb.

ABŞ prezidenti olduğu zaman Trampın müşaviri vəzifəsini tutan Kuşner vəzifədən getdikdən sonra xüsusi fond yaradıb və Körfəz ölkələrindən bu fonda milyardlarla dollar sərmayə alıb. Kuşnerin bu sərmayələr müqabilində ABŞ-da Körfəz ölkələri üçün lobbiçilik etdiyi barədə məlumatlar ABŞ mətbuatında yer alıb.

7 oktyabrdan sonra Qətərin HƏMAS ilə əlaqələrinin ABŞ-dakı Konqres üzvləri və yəhudi təşkilatları tərəfindən daha yaxından izləndiyi, Qətərin artan təzyiqlərlə üzləşdiyi, buna görə də Qətərin ABŞ-da lobbiçilik fəaliyyətini artırdığı bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR