İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın ittiham olunduğu cinayət işlərindən birinə xitam verilib

303 16.07.2024 15:05 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Trampın səlahiyyət müddəti başa çatdıqdan sonra Floridadakı Mar-a-Laqo malikanəsində məxfi dövlət sənədlərini saxlamaqda ittiham edən federal məhkəmə işi dayandırılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prosesə sədrlik edən hakim Aylin Kannon işin dayandırılmasına səbəb kimi ittihamnaməni hazırlayan xüsusi prokuror Cek Smitin təyinatını və maliyyələşməsini göstərib.

Yayımlanan 93 səhifəlik qərarda hakim Kannon xüsusi prokuror Smitin ittiham aktı zamanı daimi və qeyri-müəyyən maliyyə vəsaitindən istifadə etməsinin ABŞ Konstitusiyasının maddəsini pozduğuna diqqət çəkib.

Tramp qərardan sonra sosial media hesabında etdiyi paylaşımda yazıb: “Şənbə günü baş verən dəhşətli hadisədən sonra birləşməyə çalışarkən, Floridada bu qanunsuz ittihamnamənin rədd edilməsi digər “cadugər ovu” hallarını tez bir zamanda rədd etmək üçün ilk addım olmalıdır".

2021-ci ilin yanvarın ayının 6-da Konqresə basqın, Nyu-Yorkda səssiz pul davası və Gürcüstanda seçkiyə müdaxilə iddialarına işarə edən Tramp qeyd edib ki, Ədliyyə Departamenti bu işləri prezident Co Baydenin siyasi rəqibi olduğu üçün ona qarşı siyasi hücum kimi qaldırıb.

Trampla bağlı “gizli sənədlər” və “6 yanvarda Konqresə basqın” araşdırmalarında xüsusi ekspert təyin edilən keçmiş baş prokuror Cek Smit Trampı Ağ Evdəki vəzifəsindən çıxarkən özü ilə gizli sənədlər götürməkdə və onlardan istifadə etməkdə ittiham edib. İyunun 9-da açıqlanan 49 səhifəlik iddianamədə onlarla birlikdə Smit Trampı federal araşdırmalara mane olmaqda günahlandırıb.

İddianamənin ardından iyunun 13-də Mayamidə hakim qarşısına çıxan və “federal istintaq çərçivəsində mühakimə olunan ilk eks-prezident” kimi tarixə düşən Tramp özünə qarşı qaldırılmış 37 ayrı ittihamı da rədd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR