İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa hədiyyə edilən təyyarənin təmirinə BU QƏDƏR XƏRCLƏNƏCƏK - ŞOK MƏBLƏĞ

962 27.07.2025 18:27 Dünya A A

ABŞ nüvə qüvvələrinin modernləşdirilməsi üçün ayrılmış büdcədən təxminən 1 milyard dolları təyyarə təmirinə yönəldib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Mənbənin yazdığına görə, ABŞ hərbi büdcədən 934 milyon dolları Qətər tərəfindən hədiyyə edilən “Boeing 747-8” təyyarəsinin yenidən qurulmasına sərf edəcək. Sözügedən təyyarənin gələcəkdə prezidentin rəsmi hava nəqliyyatı kimi – “Air Force One” olaraq istifadə olunacağı bildirilir.

Qeyd olunur ki, bu vəsait quruda yerləşən nüvə başlıqlarının buraxılış sistemlərinin yenilənməsini nəzərdə tutan “Sentinel” proqramına ayrılmış fondlardan götürülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR