İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp yeni “Bort N:1”-i təqdim edib

678 20.06.2026 09:12 Dünya A A

ABŞ prezidenti Donald Tramp yeni "uçan Ağ Ev"i - Air Force One-ı təqdim edib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bu təyyarə əvvəlkindən iki dəfə böyükdür. Əvvəlki təyyarənin istismarıl  dayandırılır.

Yeni təyyarə rəsmi olaraq VC-25B Bridge adlandırılıb. Təyyarənin rəng sxemi kəskin şəkildə dəyişib: Tramp Ceki Kennedinin seçdiyi açıq mavi rəngdən imtina edib. Air Force One-ın rəng sxemi mərhum Con Kennedinin xatirəsinə on illərdir dəyişməmişdi.

Təyyarə indi ağ, tünd qırmızı və tünd mavi rənglərə boyanıb. Tramp yeni rəngləri özünün seçdiyini deyib: "Hər şeyi yenidən rənglədik və budur yeni rənglər: qırmızı, ağ və mavi. Biz açıq mavi rəngi bəyəndik, amma dəyişiklik vaxtı gəlmişdi. Və bu, ən zərif xəttdir. Hər şey yaxşı düşünülmüşdü. Mənim zövqümə uyğun idi".

Bir milyard dollardan çox dəyərində olan təyyarə Qətər hökumətinin hədiyyəsidir. Ötən il onun hədiyyə edilməsi ABŞ-da ciddi narazılıqlara səbəb olmuşdu. Mütəxəssislər və siyasətçilər mümkün xarici təsirlərdən narahat idilər.

Hava gəmisində rabitənin təhlükəsizliyi ilə bağlı suallar yaranıb. Lakin ABŞ Hərbi Hava Qüvvələri onun etibarlılığına zəmanət verir: təyyarənin təkmilləşdirilməsi 400 milyon dollara başa gəlib.

Hərbçilər estetika deyil, missiyanın prioritet olduğunu vurğulayıblar. Daxili hissə minimal dərəcədə dəyişdirilib. Rabitə sistemi prezidentlərin qorunması üçün ən yüksək standartlara cavab verir.

Corc Buşun 11 sentyabr faciəsi zamanı uçduğu əfsanəvi 29000 nömrəli təyyarə istismardan çıxarılır. Tramp G7 sammitindən sonra bu təyyarə ilə son beynəlxalq uçuşunu həyata keçirib. O,  köhnə təyyarəni muzey eksponatına çevirməyi planlaşdırır. Tramp artıq yeni təyyarə üçün ilk ictimai tədbiri hazırlayır. O, Vaşinqton üzərindən təntənəli uçuş təşkil etmək istəyir. Tədbir 4 iyul, Müstəqillik Gününə planlaşdırılıb.

Bir çox demokrat Trampın prezidentlik müddəti bitdikdən sonra təyyarəni saxlayacağından qorxurdu. Lakin bunun baş verməsi ehtimalı azdır, çünki Air Force One təyyarəsində bir saatlıq uçuş təxminən 200.000 dollara başa gəlir ki, bu da Trampın adi şəxsi təyyarə uçuşundan 15 dəfə bahadır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR