ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişə ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyişin əldə olunduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Tramp Ağ Evdə çıxışı zamanı prosesin hələ yekunlaşmadığını, lakin müsbət dinamikanın müşahidə edildiyini bildirib.
“Dayandırmalı olduğumuz daha bir müharibə var. Hazırda bu istiqamətdə irəliləyiş əldə edirik”, – deyə ABŞ prezidenti vurğulayıb.
Qeyd olunur ki, Vaşinqton münaqişənin diplomatik yollarla həllinə dair danışıqları davam etdirir.
Musavat.com






