İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Orbanı küncə sıxdı: Ukraynanın bu müharibədə qalib gələ bilməyəcəyini deyirsiniz?

1094 08.11.2025 00:31 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gəlib-gələ bilməyəcəyi sualına cavab verməyə çağırıb.

Musavat.com xəbər verir ki, Tramp və Orban arasında söhbət Ağ Evdəki görüşləri zamanı baş tutub. Tramp Orbandan Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gəlib-gələ bilməyəcəyini soruşub. Ukraynanın məğlub olacağını dəfələrlə bildirən Orban bu dəfə ABŞ prezidentinə tamamilə fərqli bir cavab vermək məcburiyyətində qalıb.

Trampın istehzalı "Ukraynanın bu müharibədə qalib gələ bilməyəcəyini deyirsiniz?" sualından sonra Orban "Hərdən möcüzə baş verə bilir" cavabını verib. Buna cavab olaraq Tramp Macarıstan baş nazirini bir az lağa qoyaraq "Bəli" əlavə edib.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR